Rusiyada baş verən zəlzələ ABŞ-yə təsir etdi
Rusiyanın Kamçatka yarımadasında baş verən zəlzələdən sonra sunami dalğaları Amerikanın Havay adaları sahillərinə təsir edib.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ-nin Milli Okean və Atmosfer Tədqiqat İdarəsi məlumat yayıb.
"Hazırda sunami dalğaları Havay adalarına təsir edir. İnsanların və əmlakın qorunması üçün təcili tədbirlər görülməlidir", - deyə məlumatda bildirilib.
Xatırladaq ki, iyulun 30-da Kamçatkada güclü zəlzələ baş verib. Zəlzələnin maqnitudası ilkin olaraq 7,5 olsa da, sonradan 8,7-yə çatıb ki, bu da 1952-ci ildən bəri baş verən ən güclü zəlzələdir.
Aysel Mətləb