Rusiya və BƏƏ Prezidentləri Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi
Dünya
11.03.2026 19:15
Rusiya və Birləşmiş Ərəb Əmirliklərinin Prezidentləri Vladimir Putin və Mohammed bin Zayed Al Nahyan regiondakı gərgin vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.
TodayPress TV xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, liderlər Yaxın Şərq regionunda təhlükəli şəkildə pisləşən vəziyyət ətrafında fikir mübadiləsini davam etdiriblər. Bildirilib ki, bu proses xüsusilə Iran və ərəb ölkələri üçün ağır nəticələr doğurur.
Vladimir Putin münaqişənin daha da gərginləşməsinin qarşısının alınmasının və problemin danışıqlar yolu ilə həll edilməsinin vacibliyini vurğulayıb.
Rusiya Prezidenti həmçinin Mohammed bin Zayed Al Nahyana BƏƏ ərazisində yaşayan çoxsaylı Rusiya vətəndaşlarına göstərilən yardım və dəstəyə görə xüsusi təşəkkürünü bildirib.
Aysel Mətləb
tag: Rusiya,BƏƏ,Yaxın şərq,Mübadilə,Todaypress.tv,
