Rusiya Norveçə etiraz notası göndərdi
Rusiya Xarici İşlər Nazirliyi Norveçin Rusiyadakı müvəqqəti işlər vəkili R.A. Yohanseni iyulun 29-da nazirliyə çağırıb və Norveçin Rusiya balıqçı gəmilərinə qarşı tətbiq etdiyi məhdudiyyətlərə görə etiraz notası təqdim edib.
TodayPress TV xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Bildirilir ki, Norveç "Norebo" və "Murman Seafood" şirkətlərinə məxsus gəmilərə qarşı 1976-cı il balıqçılıq sahəsində qarşılıqlı razılaşmaya zidd addımlar atıb. Bu addımlar Rusiyada qeyri-qanuni və ikitərəfli razılaşmalara zidd hesab edilir.
Rusiya XİN-dən qeyd olunub ki, əgər Norveç bu müqaviləyə əməl etməsə, Rusiya öz balıqçılıq maraqlarını qorumaq üçün tədbirlər görəcək. Nazirlik Norveçin Rusiya gəmilərinin Norveçin müstəsna iqtisadi zonasında fəaliyyətini məhdudlaşdıran qərarlarını qəbuledilməz sayır.
Türkan İsgəndərli