Rusiya: NATO qlobal təhlükəsizliyi təhdid edir

Rusiya: NATO qlobal təhlükəsizliyi təhdid edir
20.05.2025 18:00 Dünya

Rusiya Dövlət Dumasının üzvü Yuri Şvıtkin Norveçin şimalında NATO-nun üçüncü Birgə Hava Əməliyyatlarına Nəzarət Mərkəzinin yaradılmasını alyansın aqressiv siyasətinin göstəricisi adlandırıb. 

TodayPress TV xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

Onun fikrincə, bu addım sərhədyanı bölgələr üçün təhlükə yaradır və qlobal sabitliyi təhdid edir.

Deputat bildirib ki, bu cür fəaliyyətlər NATO-nun müdafiə yox, hücum yönümlü niyyətlərə sahib olduğunu göstərir. O, həmçinin istisna etmir ki, alyans bu yolla Rusiya qüvvələrini Ukraynadan yayındırmağa çalışır.

Rusiya tərəfi bu addımı beynəlxalq təhlükəsizlik üçün risk kimi qiymətləndirib.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər