Rusiya Ermənistanda mövqeyini gücləndirir? - 2 yeni "Rus Evi" açılır
Ermənistanın bölgələrində iki yeni tərəfdaş “Rus evi” fəaliyyətə başlayacaq
TodayPress TV xəbər verir ki, Rossotrudniçestvo MDB məkanında tərəfdaş “Rus evləri” proqramını ilk dəfə genişləndirir.
Ermənistanda Artaşat və Aştarak şəhərlərində iki yeni mərkəz açılacaq.
Bu gün Rossotrudniçestvo rəhbəri İqor Çayka 11 yeni tərəfdaş “Rus evinin” açılması ilə bağlı sazişlər imzalayıb. Bundan əvvəl şəbəkə 22 ölkədə fəaliyyət göstərən 25 tərəfdaş mərkəzi birləşdirirdi.
İki ölkə arasındakı münasibətlərin hazırkı vəziyyəti ilə bağlı suala cavab verən Çayka bildirib:
“Normal münasibətlərdir, böyük ailədə olduğu kimi – hər cür ola bilər.”