Rusiya Ermənistan mənşəli minlərlə içkini blokladı

Rusiya Ermənistan mənşəli minlərlə içkini blokladı
04.08.2026 13:14 Dünya

Rusiyanın dövlətə məxsus "Honest Sign" ("Dürüst İşarə") məhsul etiketləmə sistemi Rospotrebnadzorun göstərişi əsasında Ermənistandan idxal edilən 70 mindən çox içməli su və qazlı içki şüşəsinin satışını dayandırıb. 

TodayPress TV "TASS"a istinadən xəbər verir ki, bu barədə sistemin operatoru olan Qabaqcıl Texnologiyaların İnkişafı Mərkəzi (CRPT) məlumat yayıb.

Məlumatda bildirilir ki, qərar "Rusiya vətəndaşlarının həyatı və sağlamlığına mümkün zərərin qarşısının alınması" məqsədilə qəbul edilib. Satışın dayandırılmasına səbəb istehsalçılar tərəfindən məhsullara dair məcburi tələblərin pozulmasının aşkarlanması olub. 

Məhdudiyyətlər Ermənistanda fəaliyyət göstərən RRR Mineral Water Plant şirkətinin istehsal etdiyi "BJNI" mineral və süfrə suyunun müəyyən partiyalarına, "VATERLOK" MMC-nin istehsal etdiyi, uşaq məhsulu da daxil olmaqla "Prosto Azbuka" təbii içməli suyuna, eləcə də "Arsen ev Nerses" MMC-nin "DARBAS" brendi altında istehsal etdiyi "Mojito" alkoqolsuz içkisinə şamil edilib.

CRPT vurğulayıb ki, məhdudiyyət yalnız istehsalçıların müəyyən tarixlərdə istehsal etdiyi konkret məhsul partiyalarına aiddir və həmin şirkətlərin digər məhsullarına şamil olunmur.

CRPT-nin baş direktorunun müavini Revaz Yusupov bildirib ki, Rospotrebnadzorun siyahısına daxil edilən məhsul partiyalarının satışı bütün zəruri yoxlamalar başa çatana qədər həm pərakəndə ticarət şəbəkələrində, həm də onlayn satış platformalarında qadağan edilib.

Onun sözlərinə görə, "Honest Sign" sistemi ölkədəki bütün kassa aparatları ilə inteqrasiya olunduğundan, təhlükəli məhsulların satışının dərhal qarşısını almaq mümkündür.

Yusupov əlavə edib ki, 2026-cı ilin əvvəlindən etibarən sistem son istifadə müddəti bitmiş və ya məcburi tələblərə cavab verməyən 48 milyon şüşə içməli suyun satışının qarşısını alıb.

Jalə Rövşən 

FOTOLAR

Rusiya Ermənistan mənşəli minlərlə içkini blokladı — 1
XƏBƏR LENTİ
04 AVQUST 2026
Bütün Xəbərlər