Rusiya Britaniya diplomatını casusluqda ittiham etdi
Dünya
30.03.2026 12:43
Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Britaniya səfirliyinin ikinci katibi Yanse van Rensburqun Albertus Gerardusun fəaliyyətində casusluq əlamətləri aşkar edib.
TodayPress TV "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə Rusiya kəşfiyyat agentliyi məlumat yayıb.
Qeyd edilib ki, onun əməllərində , xüsusilə, “Rusiya Federasiyasının təhlükəsizliyini təhdid edən kəşfiyyat və təxribatçı fəaliyyətlər” mövcuddur. Həmçinin, Rusiya iqtisadçıları ilə qeyri-rəsmi əlaqələr vasitəsilə “həssas məlumatlar” əldə etməyə cəhd göstərildiyi qeydə alınıb.
29 yaşlı Gerardusun akkreditasiyası ləğv edilib və o, iki həftə ərzində Rusiya Federasiyasını tərk etməlidir.
Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin Britaniyanın Moskvadakı müvəqqəti işlər vəkili Deyni Dholakiyanı çağırdığı bildirilmişdi. Nazirlik səbəblər və təfərrüatlar barədə açıqlama verməyib.
Xatırladaq ki, yanvar ayında Rusiya FTX həmçinin ölkənin Moskvadakı səfirliyində Britaniya kəşfiyyat zabitini müəyyən etmişdi. Qaret Samuel Devisin iş akkreditasiyası ləğv olunmuş və o, ölkəni tərk etmişdi.
Jalə Rövşən
tag: Rusiya ,Britaniya ,Casus ,Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB),Todaypress.tv,
