Aİ Rusiyaya qarşı sanksiyalarda razılaşa bilmədi, müddət uzadıldı
Avropa İttifaqı (Aİ) səfirləri məhdudiyyətlərlə bağlı fikir ayrılıqlarını aradan qaldırmaq məqsədilə Rusiyaya qarşı sanksiyaların müddətinin bir həftə uzadılmasını razılaşdırıblar.
TodayPress TV xəbər verir ki, bu barədə "EUobserver" portalı diplomatlara istinadən məlumat yayıb.
Nəşr xatırladıb ki, əvvəlcə Slovakiya, daha sonra isə Fransa rusiyalı biznesmen Əlişir Usmanovun sanksiya siyahısından çıxarılmasını təklif edib, lakin digər ölkələr bununla razılaşmayıblar.
"Bu o deməkdir ki, bir həftəlik razılaşa bilməməyimizlə bağlı razılığa gəlirik", - deyə portal avropalı diplomatlardan birinin sözlərindən sitat gətirib.
Aysel Mətləb