"Müharibə sözünü sülh sözündən daha çox eşidirik" - Roma danışıqlar masasına yaxınlaşır?

"Müharibə sözünü sülh sözündən daha çox eşidirik" - Roma danışıqlar masasına yaxınlaşır?
14.09.2026 21:28 Dünya

İtaliya hökuməti Ukrayna münaqişəsinin tənzimlənməsində rol oynaya bilər.

TodayPress TV xəbər verir ki, bu barədə İtaliyanın Baş nazirinin müavini, nəqliyyat və infrastrukturlar naziri Matteo Salvini danışıb.

"İtaliya rol oynaya bilər və yaxın aylarda heç nəyi istisna etmirəm. Lakin "müharibə" sözünü "sülh" sözündən daha tez-tez işlədən liderləri danışıqlar masası arxasında və üçüncü tərəf qismində təsəvvür etmək çətindir", - deyə siyasətçi qeyd edib.

O bildirib ki, İtaliya hökuməti həmişə digər Avropa paytaxtlarına nisbətən daha ehtiyatlı və təmkinli olmağa çalışıb. Salvini, həmçinin Ukraynadakı tənzimlənmədə Aİ-nin rolunun mütləq şəkildə olmadığını vurğulayıb.

Bununla belə, Salvini vurğulayıb ki, orta və uzunmüddətli dövr üçün həlli Rusiya və Ukrayna tapmalıdır:

"Lakin biz bu prosesə töhfə verməliyik. ABŞ Prezidenti Donald Trampın, ÇXR Sədri Si Cinpinin, Hindistanın vasitəçiliyi haqqında oxuyuram. Tənzimlənmə yollarının axtarışında nə qədər çox tərəf iştirak etsə, bir o qədər yaxşıdır. Lakin kimin, nə vaxt, hansı təmas xəttində dayanacağını münaqişədə olan ölkələrin liderləri həll etməlidir".

Aysel Mətləb

XƏBƏR LENTİ
14 SENTYABR 2026
Bütün Xəbərlər