Rus ordusu Ukraynada gündə min əsgəri qurban verir

Rus ordusu Ukraynada gündə min əsgəri qurban verir
07.09.2026 15:30 Dünya

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş direktoru Devid Petreus Rusiyanın Ukraynada verdiyi itkilərin artıq davamlı hesab edilə bilməyəcək həddə çatdığını bildirib.

TodayPress TV xəbər verir ki, Petreusun sözlərinə görə, Rusiya qüvvələri hər gün 1000-dən çox ölü və yaralı itki verir.

O, ümumi Rusiya itkilərinin 1,4 milyondan xeyli çox olduğunu və bu rəqəmin İkinci Dünya müharibəsi zamanı ABŞ ordusunun ümumi hərbi itkilərini keçdiyini qeyd edib.

Ekspert hesab edir ki, Moskva müəyyən müddət ərzində canlı qüvvə çatışmazlığını yeni əsgərlərin cəlb edilməsi hesabına kompensasiya edə bilər. Lakin bu miqyasda itkilər təlim keçmiş şəxsi heyətin azalmasına, bölmələrin döyüş qabiliyyətinin zəifləməsinə və ordunun uzunmüddətli bərpa imkanlarının məhdudlaşmasına səbəb olur.

Onun fikrincə, müharibə bu intensivlikdə nə qədər uzun davam edərsə, Rusiyanın hərbi potensialına struktur yükü də bir o qədər ağır olacaq.

Jalə Rövşən 

XƏBƏR LENTİ
07 SENTYABR 2026
Bütün Xəbərlər