Rubio və Lavrovun görüşü gözlənilir
ABŞ Dövlət Katibi Marko Rubio oktyabrın 23-də rusiyalı həmkarı Sergey Lavrovla görüşə bilər.
TodayPress TV “Reuters”ə istinadən xəbər verir ki, amerikalı rəsmilər görüşün gələn cümə axşamı baş tutmasının planlaşdırıldığını bildiriblər.
Rusiya XİN başçısının müavini Sergey Ryabkov isə görüş yerinin hələ müəyyən olunmadığını qeyd edib və bildirib ki, bütün məsələlər müzakirə mərhələsindədir.
Jalə Rövşən