Ukrayna atəşkəsə hazırdır: İndi növbə Rusiyadadır

Ukrayna atəşkəsə hazırdır: İndi növbə Rusiyadadır
17.09.2026 02:00 Dünya

Ukrayna enerji obyektlərinə qarşı zərbələrin dayandırılmasını nəzərdə tutan atəşkəs razılaşmasına hazır olduğunu açıqlayıb.

TodayPress TV-nin məlumatına görə, Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixiy bildirib ki, Kiyev uzun müddətdir bütün zəruri sahələri əhatə edən ədalətli atəşkəs təklif edir.

Onun sözlərinə görə, Rusiya da buna hazırdırsa, zərbələrin dayandırılacağı hədəflərin siyahısını təqdim etməli və razılaşmanın detalları ilə bağlı müzakirələr aparılmalıdır.

“Biz bunu gözləyirik”, – deyə Tixiy vurğulayıb.

Kübra Musayeva

XƏBƏR LENTİ
17 SENTYABR 2026
Bütün Xəbərlər