Ağ Evin aparat rəhbərindən səhhəti ilə bağlı XOŞ XƏBƏR
Ağ Evin aparat rəhbəri Suzan Uayls xərçəng xəstəliyi üzrə müalicə kursunu uğurla başa vurduğunu bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə o, "X"da yazıb.
“Minnətdarlıqla bəzi şəxsi xəbərləri bölüşürəm. Məndə artıq xərçəng aşkar edilmədi”, - deyə o bildirib.
Xatırladaq ki, Uaylsda erkən mərhələdə döş xərçənginin aşkar olunduğunu martın ortalarında ABŞ Prezidenti Donald Tramp bəyan etmişdi. O zaman Tramp “Truth Social”da “proqnoz əladır” deyə yazmışdı. Müalicə müddətində Uayls Ağ Evdəki işini davam etdirib.
Aysel Mətləb