Reuters: Müctəba Xamenei yüngül yaralanıb
Müctəba Xamenei yüngül xəsarət alıb, lakin fəaliyyətini davam etdirir.
TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.
Agentliyin mənbəsi Müctəba Xameneinin dəqiq nə vaxt yaralandığını açıqlamayıb. O, həmçinin İranın yeni ali liderinin təyin olunmasından sonra indiyədək niyə heç bir açıqlama vermədiyinə də aydınlıq gətirməyib.
Məsud Pezeşkianın oğlu və müşaviri Yusif Pezeşkian isə bildirib ki, Müctəba Xamenei tamamilə sağlamdır. O, bu sözləri mediada yayılan xəbərlərə cavab olaraq bildirib.
Jalə Rövşən