Qvatemalada zəlzələ: Ölən var...

Qvatemalada zəlzələ: Ölən var...
30.07.2025 12:46 Dünya

Qvatemalada 6 bal gücündə zəlzələ baş verib. 

TodayPress TV xəbər verir ki, bu barədə Almaniya Geoloji Elmlər Araşdırma Mərkəzi məlumat verib. 

Bildirilib ki, yeraltı təkanlar 10 kilometr dərinlikdə qeydə alınıb. 

Məlumatlara əsasən, zəlzələ nəticəsində 1 nəfər həyatını itirib, 20-dən çox bina isə zədələnib. 

Qvatemala Bələdiyyə və Departament Yanğınsöndürənləri Milli Assosiasiyası ən çox zərərin San Miguel kəndində qeydə alındığını açıqlayıb. 

Aysel Mətləb

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər