Quterreş İranla bağlı fövqəladə iclasda çıxış edəcək
BMT-nin Baş katibi Antonio Quterreş İran ətrafında yaranmış vəziyyətlə bağlı Təhlükəsizlik Şurasının fövqəladə iclasında açılış bəyanatı ilə çıxış edəcək.
TodayPress TV xəbər verir ki, bu barədə təşkilatın Baş katibi aparatının yaydığı məlumatda bildirilib.
Quterreşin çıxışından sonra iclas iştirakçıları onun siyasi məsələlər üzrə köməkçisi Miroslav Yençanın və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) rəhbəri Rafael Qrossinin hesabatlarını dinləyəcəklər.
Çıxışlarda ABŞ-nin İranın nüvə obyektlərinə endirdiyi zərbələrin nəticələri müzakirə olunacaq.
Qeyd edək ki, Təhlükəsizlik Şurasının fövqəladə iclası İranın müraciəti əsasında keçirilir.
Töhfə Səməd