Qızıl mədəni vuruldu - qan su yerinə axdı - VİDEO
Misir qüvvələri Sudanın River Nile ştatında (Atbara yaxınlığında, Jabal al-Uqaydat və Al-Ansari ərazilərində) qeyri-qanuni qızıl mədənlərinə dron və artilleriya zərbələri endirib.
TodayPress TV xəbər verir ki, bu barədə "The New Arab" məlumat yayıb.
Məlumata görə, nəticədə ən azı 15 nəfər həlak olub, 50-dən çox insan yaralanıb. Minlərlə mədənçi ərazidən qaçıb.
Sudan tərəfi Misiri ittiham edir, Misir isə rəsmi açıqlama verməyib.
Hadisə sərhəd yaxınlığındakı qaçaqmalçılıq və qeyri-qanuni mədənçiliklə bağlıdır.
Jalə Rövşən