Qəzzada 112 insan 1000 gündən sonra dəfn edildi - VİDEO

Qəzzada 112 insan 1000 gündən sonra dəfn edildi - VİDEO
06.08.2026 14:17 Dünya

Avqustun 5-də Qəzza zolağında Fələstin tarixinin ən böyük dəfn mərasimlərindən biri keçirilib. 

TodayPress TV xəbər verir ki, 2023-cü il noyabrın 22-də Qəzza şəhərinin Əs-Sabra rayonuna İsrail ordusunun endirdiyi zərbə nəticəsində dağılan yaşayış məhəlləsinin dağıntıları altından çıxarılan 112 nəfərin cəsəd qalıqları torpağa tapşırılıb.

Məlumata görə, Əl-Xasayna və Abu Şariya ailələrinin üzvlərinə aid qalıqlar min gündən artıq müddətdə xarabalıqlar altında qalıb.

Bildirilib ki, həmin hücum nəticəsində ümumilikdə 308-ə yaxın insan həyatını itirib. Ölənlər arasında 16 yaşdan kiçik 44 uşaq, 37 qadın və 10-dan çox əlilliyi olan şəxs də var.

Jalə Rövşən 

FOTOLAR

Qəzzada 112 insan 1000 gündən sonra dəfn edildi - VİDEO  — 1
Qəzzada 112 insan 1000 gündən sonra dəfn edildi - VİDEO  — 2
XƏBƏR LENTİ
06 AVQUST 2026
Bütün Xəbərlər