Qətər ABŞ-yə ərazisindən istifadəyə icazə vermədi
Qətər ABŞ-yə öz ərazisindən İrana qarşı zərbələr endirmək üçün istifadə etməyə icazə verməyib və silahlarından yalnız özünümüdafiə məqsədilə istifadə etdiyini bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə Qətərin xarici işlər üzrə dövlət naziri Məhəmməd əl-Xulayfi "Əl-Cəzirə"yə verdiyi müsahibədə danışıb.
O, jurnalistin İranla mövcud münaqişə zamanı Qətərin öz ərazisindən hücumlara icazə verib-verməməsi ilə bağlı birbaşa sualına cavab olaraq bildirib:
"Xeyr. Qətərin bu məsələ ilə bağlı çox aydın mövqeyi var. Qətər heç vaxt qonşu dövlətə hücum etməyib və etməyəcək. Bizim üçün bu, prinsip məsələsidir".
Aysel Mətləb