Qərbi Nil virusu yayda “oyanır” - Ekspertdən XƏBƏRDARLIQ
Yunanıstanda Qərbi Nil virusunun yay aylarında daha intensiv yayıldığı və virusun adətən iyunun ortası və ya sonundan sentyabrın ortası, yaxud sonuna qədər davam etdiyi bildirilib.
TodayPress TV xəbər verir ki, bu barədə Afina Milli və Kapodistrian Universitetinin Gigiyena və Epidemiologiya Bölməsinin müəllimi Gkikas Magiorkinis qatıldığı televiziya proqramında məlumat verib.
Onun sözlərinə görə, virus yoluxmuş quşlardan ağcaqanadlara, ağcaqanadlardan isə insanlara keçir, lakin insandan insana yoluxma qeydə alınmır.
Ekspert bu il virusun dövriyyəsinin ötən illə müqayisədə daha yüksək olduğunu qeyd edərək, virusun yay aylarında daha intensiv yayıldığını deyib.
Aysel Mətləb