Qara dəniz sahilində PUA tapıldı! - Araşdırma aparılır

Qara dəniz sahilində PUA tapıldı! - Araşdırma aparılır
19.06.2026 23:40 Dünya

Türkiyədə, Qara dəniz sahilində yerləşən Bartın vilayətindəki çimərlikdə son beş gün ərzində ikinci pilotsuz uçuş aparatı (PUA) aşkar edilib.

TodayPress TV xəbər verir ki, bu barədə "İHA" agentliyi məlumat yayıb.

Bildirilib ki, PUA mütəxəssislər tərəfindən araşdırılması üçün Ankaraya göndərilib.

PUA-nın qalıqları iyunun 19-u Bakı vaxtı ilə saat 17:00 radələrində Amasra rayonundakı Çakraz çimərliyində tapılıb. Tapıntının aşkar edildiyi ərazi jandarma tərəfindən mühasirəyə alınıb. PUA-nın göyərtəsində hər hansı bir sursat olmayıb.

Xatırladaq ki, bundan əvvəl, iyunun 14-də Kapısu rayonundakı çimərlikdə döyüş vəziyyətində olan digər bir PUA aşkar edilmişdi. O da ekspertiza üçün Ankaraya göndərilmişdi.

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər