Putinlə MKİ rəhbəri arasında görüş olub? Kreml cavab verdi
Rusiya Prezidenti Vladimir Putin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliffin Moskvaya səfəri zamanı onunla görüşməyib.
TodayPress TV xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Peskovun sözlərinə görə, Retkliffin Moskvaya səfəri Rusiya və ABŞ xüsusi xidmət orqanları arasında təmaslarla bağlı olub. O qeyd edib ki, bu əlaqələr qapalı xarakter daşıyır və onların vəziyyətin nizamlanmasına təsiri konkret təkliflərdən asılıdır.
Kremlin sözçüsü həmçinin Putinlə Belarus Prezidenti Aleksandr Lukaşenkonun görüşünün Retkliffin Moskvaya səfəri ilə heç bir əlaqəsinin olmadığını vurğulayıb.
Kübra Musayeva