Putinin təyyarəsinə icazə verilməyəcək
Rusiya Prezidenti Vladimir Putinin təyyarəsinə ölkənin hava məkanından keçmək icazəsi verilməyəcək.
TodayPress TV xarici KİV-ə idtinadən xəbər verir ki, bunu Litvanın xarici işlər naziri Kestutis Budris bəyan edib.
Nazir bildirib ki, Putin Budapeştə səfər etməyi planlaşdırırsa, alternativ marşrutlara üstünlük verməlidir:
“Rusiya prezidentinin təyyarəsinin Litva hava məkanından keçməsi mümkün deyil. Onun üçün başqa uçuş istiqamətləri də mövcuddur və həmin variantları nəzərdən keçirməsi daha məqsədəuyğun olardı”.
Jalə Rövşən