Putin vyetnamlı həmkarı ilə görüşdü
Rusiya Prezidenti Vladimir Putin və Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi, ölkə Prezidenti To Lam arasında Moskvada görüş keçirilir.
TodayPress TV xəbər verir ki, Kremlin məlumatına görə, danışıqlar Böyük Kreml Sarayının Yaşıl Qonaq Otağında məhdud tərkibdə baş tutur.
Görüş zamanı Rusiya ilə Vyetnam arasında hərtərəfli strateji tərəfdaşlığın hazırkı vəziyyəti və gələcək inkişafı müzakirə olunur.
Tərəflər əsasən ticarət, iqtisadiyyat, elm və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi, humanitar əlaqələr, eləcə də təhlükəsizlik və müdafiə məsələlərini müzakirə edirlər.
Bundan başqa, Putin və To Lam aktual beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.
Qeyd edək ki, Rusiya və Vyetnam son illərdə enerji, müdafiə və iqtisadi sahələrdə əməkdaşlığı genişləndirməyə çalışır. Putin daha əvvəl Vyetnamı Rusiyanın uzunmüddətli və etibarlı tərəfdaşı adlandırıb.
Türkan İsgəndərli