Putin Vuçiçlə Ukraynanı müzakirə etdi
Dünya
30.03.2026 15:16
Rusiya Prezidenti Vladimir Putin Serbiya Prezidenti Aleksandar Vuçiçlə Ukraynadakı vəziyyəti, Yaxın Şərqdə artan gərginliyi və Balkanlardakı prosesləri müzakirə edib.
TodayPress TV "Kommersant"a istinadən xəbər verir ki, bu barədə Kreml bəyanat yayıb.
Bildirilir ki, söhbət Serbiya tərəfinin təşəbbüsü ilə baş tutub.
Kremlin bəyanatında qeyd olunur ki, tərəflər həmçinin Rusiya–Serbiya strateji tərəfdaşlığı çərçivəsində əməkdaşlıq məsələlərini, o cümlədən enerji, neft-qaz və nüvə sənayesi sahələrində əlaqələri nəzərdən keçiriblər.
“Aleksandar Vuçiç ölkənin enerji təhlükəsizliyinin təmin olunması üçün böyük əhəmiyyət daşıyan Rusiya qazının davamlı və sabit təchizatına görə minnətdarlığını bildirib”, – deyə bəyanatda vurğulanır.
Söhbət zamanı siyasətçilər BMT Təhlükəsizlik Şurasının 1999-cu il tarixli 1244 saylı qətnaməsini də xatırladıblar. Qətnamə NATO-nun Kosovoda beynəlxalq təhlükəsizlik qüvvələri (KFOR) yerləşdirməsinə icazə verərək Yuqoslaviya qarşı hərbi əməliyyatları dayandırmışdı. Tərəflər bu sənədin “Kosovo probleminin” həlli üçün əsas əhəmiyyət daşıdığını xüsusi vurğulayıblar.
Bundan əlavə, tərəflər Bosniya və Herseqovina daxilində Serbiya Respublikasının hüquqlarının Deyton Sazişlərinə uyğun şəkildə təmin olunması məsələsini də müzakirə ediblər.
Jalə Rövşən
tag: Serbiya ,Aleksandar Vuçiç,Vladimir Putin,Ukrayna,
