Putin və Mirziyoyev telefon danışığı apardı
Rusiya və Özbəkistan prezidentləri Vladimir Putin və Şavkat Mirziyoyev telefon danışığında iki ölkənin birgə iqtisadi və enerji layihələrini müzakirə ediblər.
TodayPress TV xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti bildirib.
“Bir sıra ikitərəfli iqtisadi və enerji layihələrinin praktiki həyata keçirilməsi məsələləri də müzakirə edilib”, - Kremldən bildirilib.
Aynur TAC