Putin: "Ukrayna ilə atəşkəs müvafiq razılaşmalar əldə edildikdən sonra mümkündür"

Putin: "Ukrayna ilə atəşkəs müvafiq razılaşmalar əldə edildikdən sonra mümkündür"
19.05.2025 21:20 Dünya

Ukrayna ilə atəşkəs müvafiq razılaşmalar əldə edildikdən sonra mümkündür.

TodayPress TV xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla telefon danışığından sonra jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Rusiya Ukraynada döyüşlərin dayandırılmasının tərəfdarıdır, lakin sülhə doğru ən səmərəli yolları inkişaf etdirmək lazımdır.

Putin deyib ki, Rusiya Ukrayna ilə atəşkəs də daxil olmaqla memorandum üzərində işləməyə hazırdır:

"Rusiya və Ukrayna arasında memorandum atəşkəs və nizamlanma prinsiplərini ehtiva edə bilər. Rusiya və Ukrayna bütün tərəflərə uyğun kompromislər tapmalıdır".

Tərəflər razılaşıblar ki, Rusiya gələcək sülh müqaviləsi ilə bağlı Ukraynaya memorandum təklif edəcək və onunla işləməyə hazırdır.

"Memorandum nizamlanma prinsiplərini, sülh sazişlərinin mümkün bağlanma vaxtını, o cümlədən müvafiq razılaşmalar əldə edildikdən sonra mümkün atəşkəs rejimini müəyyən edəcək. İstanbulda danışıqların iştirakçıları arasında təmaslar bərpa olunub ki, bu da düzgün yolda olduğumuza inanmağa əsas verir. Rusiya və Ukrayna üçün kompromislər tapmaq vacibdir. Moskvanın mövqeyi aydındır. Onun üçün əsas məsələ böhranın əsas səbəblərini aradan qaldırmaqdır" Rusiya Prezidenti vurğulayıb.

Putin əlavə edib ki, Trampla telefon danışığı barədə ətraflı məlumatı Kremlin sözçüsü Dmitri Peskov və ya prezidentin köməkçisi Yuri Uşakov verəcək.

Kreml rəhbəri Moskva və Kiyev arasında birbaşa danışıqların bərpasına verdiyi dəstəyə görə Trampa təşəkkür edib.

XƏBƏR LENTİ
03 IYUN 2026
"Mən Kolumbiya bayrağını Trampa təhvil verməmişəm" - Petro 20:44 ABŞ-də güclü zəlzələ oldu 20:26 Azərbaycanın Bəhreyndə yeni səfiri fəaliyyətə başladı 19:59 Avtomobil satışı adı altında dələduzluq edən şəxs saxlanıldı 20:11 İran Küveyt və Bəhreynə hücumlarına bəraət qazandırdı: “Bu, özünümüdafiə idi” 20:11 Azərbaycan millisi Dünya Kubokunda növbəti qələbəsini qazandı 19:48 Sosial media fenomeninin istirahəti faciə ilə nəticələndi - VİDEO 19:53 Zelenski təsdiqlədi: NATO sammitində iştirak edəcək 19:35 “Qarabağ”dan qovulan Elvinə Avropadan təklif: Onu rəqib məşqçi istəyir! 19:23 "Biz bu müharibədə qərəzsiz vasitəçi deyilik" - Rubio etiraf etdi 18:53 ABŞ Livan və İsrail arasında təhlükəsizlik planının təsdiqini gözləyir 18:48 Küveyt İranın iki diplomatını ölkədən QOVDU 18:34 "Ermənistan seçim etməlidir" - Moskva İrəvanın qərarını gözləyir 18:26 Azərbaycan-Ukrayna hökumətlərarası komissiyasının iclası keçiriləcək 18:07 Avropanın nəhəngləri Vlahoviç uğrunda yarışa qoşuldu 17:47 Bəzi ərazilərə yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ 17:44 Gizlətmək mümkün olmadı: Küveyt hərbi bazasındakı dəhşətli dağıntı təsdiqləndi 17:39 Körfəzdə raket yağışı: 13 ballistik raket və 17 PUA 17:33 Tom Barak: Türkiyədən Yaxın Şərqə Uzanan Bir Güc Mərkəzi 17:25 Roma Papası İlham Əliyevi təbrik etdi 16:55 Tovuz təmsilçisinin avrokubok ümidləri davam edir 16:48 Ermənilərin qənimi, Bakı kriminalının unudulmuş əfsanəsi: Qoçu Tərlan - Zaur Əliyev yazır... 16:44 Hindistanlılar onları qətlə yetirən Hindistana qarşı: Bakı qırğın törədənlərdən cavab tələb edir 16:27 “Napoli” hücum xəttini gücləndirdi: Hoylund qalır 16:18 Tarix böyük münaqişələrin baş verəcəyini göstərir — Ramiz Yunus yazır... 16:06 Bütün Xəbərlər