“Putin Qazaxıstanı işğal etmək istəyir” - Zelenski

“Putin Qazaxıstanı işğal etmək istəyir” - Zelenski
03.10.2026 00:34 Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin postsovet məkanında Rusiyanın əvvəlki təsirini tam bərpa etmək istədiyini bildirib.

TodayPress TV xəbər verir ki, Zelenskinin sözlərinə görə, Putin Ukrayna üzərində nəzarəti bərpa etmək, Qazaxıstanı işğal etmək və Belarusdakı təsirini qoruyub saxlamaq niyyətindədir.

“Putin Sovet İttifaqı dövründə Rusiyanın malik olduğu təsirin yenidən bərqərar olmasını istəyir. Yəni Ukraynanı geri qaytarmaq, Qazaxıstanı işğal etmək, Belarusda isə onsuz da güclü təsirə malik olmaq. O, bütün bunları yenidən bərpa etmək istəyir. Baltikyanı ölkələr və Rusiya ilə ümumi sərhədi olan dövlətlər üçün risklər də buradan qaynaqlanır”, – deyə Zelenski bildirib.

Kübra Musayeva

XƏBƏR LENTİ
03 OKTYABR 2026
Bütün Xəbərlər