Merzin “kreslosu” silkələnir? Brüsseldə plan qurulur

Merzin “kreslosu” silkələnir? Brüsseldə plan qurulur
02.10.2026 21:36 Dünya

Avropa İttifaqında Almaniya kansleri Fridrix Merzin vəzifədən mümkün gedişinin yarada biləcəyi siyasi nəticələr müzakirə olunur.

TodayPress TV-nin məlumatına görə, “Politico” yazır ki, ən azı iki Avropa hökumətində Merzin istefasının Aİ siyasətinə təsirinin nə olacağı barədə fikir mübadiləsi aparılıb.

Brüsseldə mümkün ssenarilər arasında Almaniyanın sabit siyasi rəhbərlikdən məhrum olması və ya sağ qüvvələrin hakimiyyətə gəlməsi ən arzuolunmaz variantlar sırasında göstərilir.

Məlumata görə, hazırda Almaniya üçün Alternativ (AfD) partiyası sorğularda 28 faiz dəstəklə öndədir. Merzin rəhbərlik etdiyi CDU/CSU bloku isə təxminən 20 faiz səs toplayır.

Kübra Musayeva

XƏBƏR LENTİ
02 OKTYABR 2026
Bütün Xəbərlər