Kiyevdə HƏYƏCAN: Qərb səfirlikləri ölkədən TƏCİLİ köçürülür?
Qərb ölkələri təhlükəsizlik vəziyyətinin kəskin pisləşəcəyi təqdirdə Kiyevdəki diplomatik nümayəndəliklərinin müvəqqəti köçürülməsi ilə bağlı planlar hazırlayıb.
TodayPress TV xəbər verir ki, “The Guardian”ın mənbələrinə istinadən verdiyi məlumata görə, bəzi Qərb dövlətləri səfirliklərin Ukraynanın paytaxtından müvəqqəti çıxarılması üçün ətraflı fəaliyyət planları hazırlayıb.
Vəziyyətin ciddi şəkildə pisləşəcəyi təqdirdə diplomatik nümayəndəliklərin Lvova və ya Polşanın şərq bölgələrinə köçürülməsi nəzərdən keçirilir.
Kübra Musayeva