Xəzər akvatoriyasında irimiqyaslı hərbi təlimlər - Putin bütün qoşunları ayağa qaldırdı

Xəzər akvatoriyasında irimiqyaslı hərbi təlimlər - Putin bütün qoşunları ayağa qaldırdı
02.10.2026 22:56 Dünya

Rusiyanın "Mərkəz 2026" və "Qarşılıqlı fəaliyyət 2026" təlimlərinin əsas məqsədi xarici təhlükənin dəf edilməsi bacarıqlarının təkmilləşdirilməsidir.

TodayPress TV xəbər verir ki, bunu Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bəyan edib.

Dövlət başçısı bildirib ki, Silahlı Qüvvələrin hazırlıq planına uyğun olaraq "Mərkəz 2026" strateji komandanlıq-qərargah təlimi keçirilir. Onun sözlərinə görə, bu təlimlər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində keçirilən "Qarşılıqlı fəaliyyət 2026" komandanlıq-qərargah təlimi ilə əlaqələndirilib.

"Mərkəz 2026 təlimlərinə 47 mindən çox hərbi qulluqçu cəlb olunub, onlar 11 poliqonda və Xəzər dənizinin akvatoriyasında tapşırıqları yerinə yetirirlər. Təlimlərin əsas məqsədi xarici təcavüzün dəf edilməsi zamanı bütün səviyyəli qərargahların rəhbər heyətinin qoşunların idarə olunmasındakı bacarıqlarını təkmilləşdirməkdir", - deyə Putin vurğulayıb.

Aysel Mətləb

XƏBƏR LENTİ
02 OKTYABR 2026
Bütün Xəbərlər