Argentina vətəndaşı olmaq neçəyə başa gəlir? – Qızıl pasportun qiyməti AÇIQLANDI
Argentina Cənubi Amerikada investisiya müqabilində vətəndaşlıq verilməsi proqramını işə salan ilk ölkə olub.
TodayPress TV xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Luis Kaputo "X"də yazıb.
O vurğulayıb ki, Argentina ölkəyə investisiya müqabilində vətəndaşlıq alınması proqramını işə salıb ki, bu da onu Cənubi Amerikada "qızıl pasport" təqdim edən ilk ölkə edəcək:.
"Biz Argentinada investisiyalar vasitəsilə vətəndaşlıq alınması proqramının işə salındığını elan edirik. Bu proqram üzrə ölkəyə əhəmiyyətli investisiyalar yatırdıqlarını təsdiqləyən əcnəbi vətəndaşlar Argentina vətəndaşlığının alınması üçün müraciət edə biləcəklər".
Onun sözlərinə görə, proqramda iştirak üçün ərizələrin qəbulu 2026-cı ilin IV rübündə başlayacaq. Vətəndaşlıq almaq üçün 350 min dollar məbləğində geri qaytarılmayan ödəniş etmək və ya 800 min dollar məbləğində dövlət istiqrazları əldə etmək lazım gələcək.
Qeyd edək ki, "Qızıl pasport" — ölkə iqtisadiyyatına, daşınmaz əmlakına və ya dövlət fondlarına irihəcmli investisiyalar müqabilində həmin ölkənin vətəndaşlığının alınmasını bildirən qeyri-rəsmi termindir.
Aysel Mətləb