Husilər Səudiyyəni balistik raketlərlə VURDU

Husilər Səudiyyəni balistik raketlərlə VURDU
02.10.2026 23:19 Dünya

Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya Yəmənin "Ənsar Allah" (husilər) hərəkatı tərəfindən krallığın cənubundakı Xamis-Muşayt şəhəri istiqamətində atılmış üç balistik raketi ələ keçirərək məhv edib.

TodayPress TV xəbər verir ki, bu barədə Səudiyyə Mətbuat Agentliyi məlumat yayıb.

"Koalisiya husilərin terrorçu qruplaşması tərəfindən Xamis-Muşayt istiqamətində buraxılmış üç balistik raketi ələ keçirib və məhv edib", - deyə qeyd olunub.

Mümkün xəsarət alanlar və ya yerdəki dağıntılar barədə məlumat verilməyib.

Aysel Mətləb

XƏBƏR LENTİ
03 OKTYABR 2026
Bütün Xəbərlər