ABŞ Çinə qarşı Tayvanda raket yerləşdirir?

ABŞ Çinə qarşı Tayvanda raket yerləşdirir?
02.10.2026 21:25 Dünya

ABŞ Yaponiya ilə irimiqyaslı birgə təlimlər çərçivəsində Tayvandan 110 kilometr məsafədə yerləşən adada NMESIS gəmiəleyhinə raket kompleksini yerləşdirməyi planlaşdırır.

TodayPress TV xəbər verir ki, bu barədə mənbəyə istinadən "Bloomberg" agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, raket kompleksi oktyabrın 19-dan 29-dək keçiriləcək "İtilənmiş qılınc" ("Keen Sword") təlimləri zamanı Yaponiyanın Yonaquni adasına köçürüləcək. Qeyd olunub ki, Yaponiya hərbçiləri də orada özlərinin gəmiəleyhinə və zenit-raket komplekslərini, habelə radioelektron mübarizə vasitələrini yerləşdirə bilərlər.

Bildirilib ki, NMESIS-in təsir radiusu təxminən 185 kilometr təşkil edir ki, bu da Tayvan bölgəsindəki gəmiləri vurmağa imkan verir.

Aysel Mətləb

XƏBƏR LENTİ
02 OKTYABR 2026
Bütün Xəbərlər