Rusiya son dörd ayda ilk dəfə Ukraynada ərazi itirdi
Rusiya ordusu sentyabr ayında Ukraynada nəzarət etdiyi 80,81 kvadratkilometr ərazini itirib.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ-nin Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) hesablamalarında bildirilib.
Məlumata görə, Rusiya qüvvələri sentyabr ərzində 175,54 kvadratkilometr ərazini ələ keçirsə də, 256,35 kvadratkilometr ərazi üzərində nəzarəti itirib.
ISW-nin məlumatına əsasən, Rusiya sonuncu dəfə may ayında ərazi itkisi ilə üzləşib. Həmin ay bu göstərici 281,1 kvadratkilometr təşkil edib.
İnstitut iyun, iyul və avqust aylarında isə Rusiya ordusunun nəzarətində olan ərazilərin cüzi genişləndiyini qeydə alıb.
Kübra Musayeva