Ermənistan Azərbaycan hərbçisi ilə bağlı yayılan xəbərləri təkzib etdi

Ermənistan Azərbaycan hərbçisi ilə bağlı yayılan xəbərləri təkzib etdi
03.10.2026 00:44 Gündəm

Ermənistan Zəngəzur vilayətinin Şəki yaşayış məntəqəsində oktyabrın 1-də Azərbaycan hərbçisi N.Musayevin iştirakı ilə baş verən insidentlə bağlı yayılan məlumatları təkzib edib.

TodayPress TV xəəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Şəki yaşayış məntəqəsində Azərbaycan Respublikasının hərbi qulluqçusu N. Musayevin iştirakı ilə baş vermiş insidentlə bağlı müxtəlif sosial platformalarda, KİV-də və digər ictimai platformalarda reallığa uyğun gəlməyən xəbərlər yayılır.

Qurum izah edib ki, Ermənistan Respublikasının dövlət sərhədini qanunsuz olaraq yalnız bir şəxs — N. Musayev keçib və o, hazırda başlanmış cinayət icraatı çərçivəsində məhkəmənin qərarı ilə həbs edilib.

Qeyd olunub ki, birdən çox şəxsin, təxribatçıların olduğu və indiyədək hüquq-mühafizə orqanları tərəfindən axtarış işlərinin aparıldığı barədə bütün digər məlumatlar tamamilə əsassızdır və reallığa uyğun gəlmir.

Aysel Mətləb

XƏBƏR LENTİ
03 OKTYABR 2026
Bütün Xəbərlər