İran Hörmüzün qapılarını İsrailə bağladı

İran Hörmüzün qapılarını İsrailə bağladı
02.10.2026 22:19 Dünya

Bu strateji marşrutun təhlükəsizliyi haqqında yeni qanun layihəsi qəbul edilərsə, İsrailin, düşmən ölkələrin gəmiləri və hərbi yüklər daşıyan nəqliyyat vasitələri Hörmüz boğazından keçə bilməyəcək.

TodayPress TV xəbər verir ki, bu fikri İran Parlamentinin milli təhlükəsizlik komitəsinin mətbuat katibi Həsən Qəşqavi bildirib.

O qeyd edib ki, İsrailə məxsus gəmilər, həmçinin İrana qarşı hərbi əməliyyatlar həyata keçirən və ya hərbi yüklər daşıyan nəqliyyat vasitələri Hörmüz boğazından keçə bilməyəcək.

Qəşqavinin sözlərinə görə, digər, düşmən olmayan dövlətlərin gəmiləri yeni qanunda əksini tapmış qaydalara uyğun olaraq keçid üçün İran Silahlı Qüvvələrinin Baş Qərargahından xüsusi icazələr almalıdır.

Mətbuat katibi qeyd edib ki, qanun layihəsi artıq müvafiq komitədə müzakirə olunub və Məclisin açıq plenar iclasının müzakirəsinə təqdim ediləcək, bundan sonra sənəd Konstitusiyaya Keşikçilər Şurasının təsdiqinə göndəriləcək.

Aysel Mətləb

XƏBƏR LENTİ
02 OKTYABR 2026
Bütün Xəbərlər