Rusiya Qara dənizdə yeni planını açıqladı: "Dialoqa hazırıq!"
Rusiya bütün ölkələr üçün Qara dənizdə təhlükəsizliyin təmin edilməsi üzrə dialoqa açıqdır, lakin ikitərəfli sazişlər üzrə hələlik konkret danışıqlar aparılmır.
TodayPress TV xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.
"Baxır hansı ikitərəfli sazişlər, biz bütün ölkələr üçün dialoqa açığıq, lakin burada hər hansı konkret söhbət hələlik aparılmır", - deyə o, Hindistan, Misir və Türkiyə də daxil olmaqla digər ölkələrlə ikitərəfli saziş variantlarının nəzərdən keçirilib-keçirilməməsi barədə sualı cavablandırarkən vurğulayıb.
Aysel Mətləb