80 yaşlı Braziliya Prezidenti: "120 yaşa qədər yaşayacam"
Braziliya Prezidenti Lula da Silva 120 yaşa qədər yaşamaq istədiyini bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə o, Rio-de-Janeyroda keçirilən seçkiqabağı mitinqdə danışıb.
“Mənim 80 yaşım var və 100, 120 yaşa qədər yaşamağı, bütün seçkilərdə səs verməyi planlaşdırıram”, - deyə Braziliya Prezidenti bildirib.
Siyasətçi bu açıqlamanı tərəfdarlarını yaşlı braziliyalıları seçki məntəqələrinə getməyə inandırmağa çağırdıqdan sonra səsləndirib. Braziliyada 18-69 yaş arası vətəndaşlar üçün səsvermə məcburidir. 70 yaşdan sonra isə səsvermə könüllü olur.
Prezident seçkiqabağı tədbirdə yaşlı tərəfdarlarını səsvermədə iştirakdan imtina etməməyə də çağırıb.
Aysel Mətləb