İran Fransaya öz sözlərini xatırlatdı: “Bəs insan haqları hanı?”

İran Fransaya öz sözlərini xatırlatdı: “Bəs insan haqları hanı?”
02.10.2026 23:33 Dünya

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Fransanın təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı hərəkətlərini pisləyib. 

TodayPress TV xəbər verir ki, o, Fransa hakimiyyətini nümayişlər zamanı insan hüquq və azadlıqlarına hörmət etməyə çağırıb.

Bəqayi bildirib ki, İranda təhlükəsizlik qüvvələrinin fəaliyyətini tənqid edən Fransa hakimiyyəti özü etirazları sərt şəkildə yatırır.

O, Fransa mediasında 2 mindən çox nümayişçinin saxlanılması və polis tərəfindən həddindən artıq güc tətbiq edilməsi ilə bağlı yayılan məlumatlara diqqət çəkib. İran rəsmisi bu iddiaların araşdırılmasının vacibliyini vurğulayıb.

Kübra Musayeva

XƏBƏR LENTİ
03 OKTYABR 2026
Bütün Xəbərlər