Almaniyadan hərbi dronlarla bağlı SÜRPRİZ qərar

Almaniyadan hərbi dronlarla bağlı SÜRPRİZ qərar
02.10.2026 22:34 Dünya

Almaniya 2027-ci ildə Bundesverdə ilk ayrıca pilotsuz sistemlər alayını yaradacaq.

TodayPress TV bu barədə xarici mediaya istinadla xəbər verir.

Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib ki, yeni alay quru qoşunlarının tərkibində fəaliyyət göstərəcək. Bölmədə kəşfiyyat, hədəflərin vurulması və düşmən dronlarına qarşı mübarizə üçün hava və yerüstü pilotsuz sistemlər birləşdiriləcək.

Alayın tərkibində müxtəlif uçuş məsafəsinə malik pilotsuz aparatlarla yanaşı, radioelektron mübarizə bölüyü də olacaq.

Yeni alay Bundesverin 10-cu Tank Diviziyasının tərkibinə daxil ediləcək. Bununla yanaşı, pilotsuz sistemlərin Almaniya Quru Qoşunlarının digər bölmələrinə də inteqrasiyası davam etdiriləcək.

Pistorius qeyd edib ki, yeni imkanların inkişafı zamanı Almaniya Ukraynadakı müharibənin təcrübəsini diqqətlə öyrənir. Onun sözlərinə görə, Ukrayna ilə strateji tərəfdaşlıq Bundesverə döyüş meydanında tətbiq olunan yeni texnologiyaları öyrənmək və sınaqdan keçirmək imkanı verir.

Kübra Musayeva

XƏBƏR LENTİ
02 OKTYABR 2026
Bütün Xəbərlər