Putin nəyi gözləyir? Müharibəni bitirməməyinin səbəbi…

Putin nəyi gözləyir? Müharibəni bitirməməyinin səbəbi…
29.08.2026 21:37 Dünya

Rusiya Prezidenti Vladimir Putin müharibəni uzatmaqla Ukraynanın Rusiyadan daha tez tükənəcəyinə ümid edir.

TodayPress TV xəbər verir ki, bu barədə “The New York Times” nəşri yazıb.

Nəşrin məlumatına görə, Kremlin əsas strategiyası Ukraynada canlı qüvvə və silah çatışmazlığının kritik həddə çatmasını gözləmək və bununla Kiyevi güzəştlərə məcbur etməkdir. Moskvanın qarşıdakı qışda enerji və infrastruktur obyektlərinə zərbələri gücləndirməklə Ukraynaya təzyiqi artıracağı bildirilir.

Bununla yanaşı, Rusiyanın özündə də problemlər artır. Hərbi xərclər yüksəlir, “Levada” Mərkəzinin məlumatına görə, Rusiya ordusunun fəaliyyətinə dəstək 66 faizə düşüb. Respondentlərin 62 faizi isə danışıqların aparılmasını dəstəkləyir.

Ekspertlər hesab edirlər ki, Moskva Ukraynanın müqavimət imkanlarını yenidən düzgün qiymətləndirməmək riski ilə üz-üzədir.

Kübra Musayeva

XƏBƏR LENTİ
29 AVQUST 2026
Bütün Xəbərlər