Polşa diplomatı Rusiyada dəyişikliklərə ümid edir
Polşanın Ukraynadakı müvəqqəti işlər vəkili Pyotr Lukaseviç Rusiyada baş verə biləcək dramatik və ya qeyri-dramatik dəyişikliklərin Ukraynadakı müharibəni dayandıra biləcəyinə ümid etdiyini bildirib.
TodayPress TV xəbər verir ki, onun sözlərini “RBK-Ukrayna” yayıb.
“Əvvəla, biz Rusiyada bu amansız və ədalətsiz işğalı dayandıracaq dramatik və ya qeyri-dramatik dəyişikliklərə ümid edirik” Lukaseviç qeyd edib.
Diplomat əlavə edib ki, Rusiya bu münaqişədən güclənmiş yox, zəifləmiş şəkildə çıxmalıdır. Onun fikrincə, bu, sadəcə bir məqsəd deyil, bir istəkdir.
Qiymət Mahir