"Politico": ABŞ İrana qarşı əməliyyata hazır deyil
Dünya
12.03.2026 10:26
ABŞ Prezidenti Donald Trampın administrasiyası İrana qarşı mümkün hərbi əməliyyatın qlobal neft bazarına təsirini kifayət qədər qiymətləndirməyib.
TodayPress TV xəbər verir ki, bu barədə "Politico" qəzeti yazıb.
Nəşrin yazdığına görə, ABŞ-də rekord səviyyədə neft hasilatına baxmayaraq, münaqişə cəmi iki həftə ərzində benzinin qiymətinin hər qallon üçün təxminən 60 sent artmasına səbəb olub. Enerji qiymətlərinin yüksəlməsi isə inflyasiya riskini artırır.
Qeyd edək ki, bundan əvvəl ABŞ Energetika Nazirliyi Strateji Neft Ehtiyatından 120 gün ərzində 172 milyon barel neft buraxmağı planlaşdırdığını açıqlayıb. Beynəlxalq Enerji Agentliyinin üzv ölkələri də Yaxın Şərqdəki gərginlik fonunda bazarı sabitləşdirmək üçün ehtiyatlarından 400 milyon barel neft çıxarmaq barədə razılığa gəliblər.
İran tərəfi isə dünya neft ixracının təxminən beşdə birinin keçdiyi Hörmüz boğazının hərbi əməliyyatlar səbəbindən gəmiçilik üçün bağlana biləcəyi barədə xəbərdarlıq edib.
Jalə Rövşən
tag: İran,Hörmüz ,ABŞ,Neft ,Todaypress.tv,
