"Politico": ABŞ İran əməliyyatının neft bazarına təsirinə hazırlaşmayıb

Dünya

12.03.2026 10:46

ABŞ administrasiyası İrana qarşı hərbi əməliyyatın neft bazarına təsirlərinə lazımi səviyyədə hazırlaşmayıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Politico" qəzeti yazıb.

Nəşrin məlumatına görə, ABŞ rəhbərliyi qlobal bazarda ölkənin “enerji dominantlığını” təmin edəcəyini vəd etsə də, İranla müharibə fonunda neft qiymətlərinin kəskin artımı enerji naziri Kris Rayt və daxili işlər naziri Duqlas Berqam üçün gözlənilməz olub.

Hazırda rəsmilər enerji qiymətlərinin artması səbəbilə inflyasiyanın yüksəlməsinin qarşısını almağa çalışırlar.

Ekspertlərin fikrincə, ABŞ administrasiyası İranla müharibənin neft bazarına təsirlərini yetərincə qiymətləndirməyib. Məqalədə qeyd olunur ki, ölkədə rekord həcmdə neft hasilatına baxmayaraq, iki həftədən az müddətdə benzinin qiyməti bir qallon üçün 60 sent artıb.

Qiymət Mahir

tag: ABŞ ,Duqlas Berqam,Kris Rayt ,Neft,TodayPress TV,