Pit Heqsetin rəhbərliyi altında xaos: Əməkdaşlar nədən narazıdır?
Pentaqon əməkdaşları ABŞ müdafiə naziri Pit Heqsetin rəhbərliyi altında qurumda xaos və kadr problemlərinin yarandığını bildiriblər.
TodayPress TV xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Bildirilib ki, Anonim sorğuda iştirak edən əməkdaşlardan biri vəziyyətin pisləşdiyini və ciddi narazılıq yaratdığını deyib.
Nəşrin mənbələrinin məlumatına görə, Heqset yüksək vəzifəli hərbçilərin işdən çıxarılmasına, onların vəzifədə yüksəlməsinin qarşısının alınmasına və “xristian millətçiliyi” də daxil olmaqla müxtəlif ideologiyalarla mübarizəyə fokuslanıb.