Piratların “qələbəsi” 10 gün çəkdi: Türkiyə gəmini belə geri aldı - DETALLAR
Türkiyə Hərbi Dəniz Qüvvələri Somali Milli Silahlı Qüvvələri ilə birgə əməliyyat keçirərək piratların avqustun 17-də Somali sahillərində ələ keçirdiyi MV LATUF gəmisini azad edib.
TodayPress TV xəbər verir ki, Somalinin Müdafiə Nazirliyinin məlumatına görə, əməliyyat 10 gün davam edib. Əməliyyat zamanı piratlara məxsus 4 qayıq məhv edilib, 14 pirat öldürülüb. Digər quldurlar isə təhlükəsizlik qüvvələrinin təzyiqi nəticəsində gəmini tərk ediblər.
Bundan sonra hərbçilər MV LATUF gəmisinə tam nəzarəti təmin edib və gəmi təhlükəsiz şəkildə hərəkətini davam etdirib.
Əməliyyat Türkiyə ilə Somali arasında müdafiə sahəsində əməkdaşlıq sazişi çərçivəsində həyata keçirilib.
Kübra Musayeva