Pezeşkian: “İran sülhə sadiqdir, lakin qəti zəmanət tələb olunur”
Tehran regionda sülhə sadiqdir, lakin bunun üçün təzminat, ABŞ və İsraildən qəti hücum etməmə zəmanəti və İran İslam Respublikasının qanuni hüquqlarının tanınması tələb olunur.
TodayPress TV xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian “X” sosial şəbəkəsində yazıb.
"Rusiya və Pakistan liderləri ilə danışıqlarda İranın regionda sülhə sadiqliyini bir daha təsdiqlədim. ABŞ tərəfindən başladılan bu müharibəyə son qoymağın yeganə yolu İranın qanuni hüquqlarını tanımaq, təzminat ödəmək və gələcəkdə təcavüzün təkrarlanmayacağına dair möhkəm beynəlxalq zəmanətlər verməkdir", - deyə lider vurğulayıb.
Aysel Mətləb