Peskov: Zelenski Putinlə görüşmək istəsə, Moskvaya gələ bilər

Peskov: Zelenski Putinlə görüşmək istəsə, Moskvaya gələ bilər
23.09.2026 14:07 Dünya

Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş Moskvada keçirilə bilər və Ukrayna liderinə təhlükəsizlik zəmanəti veriləcək.

TodayPress TV xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, əks halda iki ölkə liderinin görüşü vaxt itkisinə çevrilə bilər.

Peskov bildirib ki, Moskva Zelenskinin Rusiya paytaxtına gəlməsi halında onun təhlükəsizliyinə zəmanət verməyə hazırdır.

Rusiya rəsmisi daha əvvəl də Zelenskinin Putinlə görüşmək istəyəcəyi təqdirdə, Moskvaya gələ biləcəyini və bununla bağlı dəvətin qüvvədə qaldığını bildirib.

TodayPress TV

XƏBƏR LENTİ
23 SENTYABR 2026
Bütün Xəbərlər