Çempionluğun memarlarından biri qalır: “Arsenal” Raysı əldən vermək istəmir!
“Arsenal” İngiltərə millisinin yarımmüdafiəçisi Deklan Rays ilə müqaviləni yeniləməyi planlaşdırır.
TodayPress TV xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.
London təmsilçisi 27 yaşlı futbolçunu uzunmüddətli perspektivdə komandada saxlamaq istəyir.
Mənbənin bildirdiyinə görə, Raysın mövcud müqaviləsinin başa çatmasına daha iki il var. Bununla yanaşı, “Arsenal” müqaviləni avtomatik olaraq daha 12 ay uzatmaq hüququna malikdir. Bütün bunlara baxmayaraq, klub rəhbərliyi futbolçu ilə yeni şərtləri razılaşdıraraq daha uzunmüddətli müqavilə imzalamaqda maraqlıdır.
Qeyd edək ki, karyerasını “Vest Hem”də başlamış Rays 2023-cü ilin yayında 115 milyon avrodan bir qədər artıq transfer məbləği qarşılığında “Arsenal”a keçib (əlavə 6 milyon avro isə bonuslar şəklində nəzərdə tutulmuşdu). İngiltərəli yarımmüdafiəçi ötən mövsüm “topçular”ın heyətində Premyer Liqa çempionu olub.
Namiq HUN